sa sa 5124
Xəzər dənizinin Abşeron yarımadası sahillərinə növbəti elmi ekspedisiya təşkil olunub + Foto May 30, 2025 | 12:00 / Ezamiyyətlər

Mayın 30-da “Xəzər dənizi yosunlarından biotexnoloji yolla hidrogen alınması” layihəsi çərçivəsində növbəti elmi ekspedisiya keçirilib. Xəzər dənizinin yosun bioresurslarından enerji alınması imkanlarının  öyrənilməsi məqsədilə təşkil olunan ekspedisiyada AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları b.ü.f.d. Nahidə Əliyeva, elmi işçi Könül Cümşüdlü və institutun doktorantı Ruslan Süleymanov iştirak ediblər.  Xəzər dənizinin Abşeron yarımadası sahillərindən toplanmış nümunələr biokimyəvi, fizioloji və biofiziki tədqiqatların aparılması üçün laboratoriyaya gətirilib. Ekspedisiya zamanı həmçinin sahilboyu temperatur, küləyin sürəti və günəş radiasiyası ölçülüb.