Xəzər dənizinin Abşeron yarımadası sahillərinə növbəti elmi ekspedisiya təşkil olunub + Foto
İyn 20, 2025 | 12:00 / Ezamiyyətlər
İyunun 20-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “Xəzər dənizi yosunlarından biotexnoloji yolla hidrogen alınması” layihəsi çərçivəsində Xəzər dənizinin Abşeron yarımadası sahillərində növbəti elmi ekspedisiyada iştirak ediblər. Biologiya üzrə fəlsəfə doktoru Nahidə Əliyeva, elmi işçi Könül Cümşüdlü və doktorant Ruslan Süleymanov tərəfindən yosun nümunələri toplanaraq müvafiq tədqiqatlar üçün laboratoriyaya gətirilib. Götürülən nümunələr üzərində biokimyəvi, fizioloji və biofiziki analizlərin aparılması nəzərdə tutulur. Bununla yanaşı, ətraf mühitin parametrlərinin – temperaturun, küləyin sürətinin və günəş radiasiyasının da ölçülməsi həyata keçirilib. Adı çəkilən layihə çərçivəsində təşkil olunmuş ekspedisiyalarda məqsəd Xəzər dənizinin yosun bioresurslarının alternativ enerji mənbəyi kimi potensialını araşdırmaqdır.