sa sa 2972
Pakistanlı alim MBBİ-nin qonağı olub + Foto İyn 23, 2025 | 12:42 / Mühüm hadisələr

İyunun 23-də Pakistanın Quaid-i-Azam Universitetinin Bitki elmləri departamentinin professoru Muhammad Zafar AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub. Dərman bitkiləri, bitki müxtəlifliyi, bitki sistematikası və bioloji müxtəliflik sahəsində tanınmış alim olan professor Muhammad Zafar MBBİ-nın laboratoriyalarında olub, institutun maddi-texniki bazası və aparılan elmi-tədqiqat işləri ilə tanış olub. Qonağı qəbul edən institutun baş direktoru akademik İradə Hüseynova qardaş ölkələr olan Azərbaycan və Pakistan arasında elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüş zamanı gələcək elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.