26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür
İyn 25, 2025 | 23:21 / Mühüm hadisələr
26 iyun tarixində Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Ordusunun yaradılmasının rəsmi ildönümüdür və 1998-ci il 22 may tarixində ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən dövlət bayramı statusu almışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixində qəbul etdiyi qərarla ilk nizami hərbi hissə – Azərbaycan Milli Ordusu yaradılmışdır. Bu gün müasir Azərbaycan Ordusu həmin ənənələrin davamçısı kimi formalaşaraq regionun ən güclü və peşəkar ordularından birinə çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələri dövlətçiliyimizin və müstəqilliyimizin etibarlı dayağı, xalqımızın qürur mənbəyidir. Xüsusilə 2020-ci il Vətən müharibəsində əldə edilən şanlı Zəfər, ordumuzun gücünü və yüksək döyüş qabiliyyətini bir daha sübut etmişdir. Bu münasibətlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizi ehtiramla yad edir, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə və qazilərimizə təşəkkürümüzü bildiririk!