sa sa 4295
MBBİ-nin alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub İyn 26, 2025 | 15:37 / Nəşrlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun və Azərbaycan Tibb Universitetinin alimlərinin birlikdə apardıqları tədqiqatları əks etdirən “Effect of drought stress on some biochemical parameters and ultrastructure of bread wheat genotypes” başlıqlı məqalə Macarıstanın nüfuzlu Cereal Research Communications (Web of Science impact factor 1.6) jurnalında nəşr olunub. Müəllifləri b.e.d., dosent Tofiq Allahverdiyev, b.ü.f.d. Fuad Rzayev, t.ü.e.d., professor Eldar Qasımov və akademik Iradə Hüseynova olan məqalədə (2025, Vol.90, No.4, pp.1-12) yumşaq buğda genotiplərinin yarpaq və köklərində bəzi biokimyəvi və fizioloji parametrlərdə və həmçinin yarpaqların ultrastrukturunda quraqlıq stresi şəraitində baş verən dəyişikliklərdən bəhs edilir.

Linkə keçid edərək məqalə ilə tanış ola bilərsizniz:  https://rdcu.be/erG0J