sa sa 4359
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto İyl 04, 2025 | 15:33 / Konfranslar, iclaslar

İyulun 4-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda 2025-ci ilin ilk 6 ayı ərzində yerinə yetirilən elmi, elmi-pedoqoji və elmi-təşkilati fəaliyyət haqqında hesabatlar müzakirə olunub. Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində institutda 3 istiqamət və 3 problem üzrə 6 mövzunun yerinə yetirilməsi üçün 29 işin 36 mərhələsində elmi tədqiqatlar davam etdirilib, əməkdaşlar tərəfindən 91 elmi əsər, o cümlədən 17 məqalə və 74 tezis çap etdirilib, Pakistanın Tando Jam şəhərində yerləşən Sindh Kənd Təsərrüfatı Universiteti ilə birgə əməkdaşlıq və kadr hazırlığı üzrə Anlaşma Memorandumu imzalanıb. Sonra “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2025-ci il üzrə Yol Xəritəsi”,  “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt strategiyası” ilə əlaqədar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubların məzmunu haqqında məlumat Şura üzvlərinin diqqətinə çatdırırlıb, bir sıra təşkilati məsələlərə baxılıb.