Asan xidmət könüllüləri AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar + Foto
İyl 07, 2025 | 12:31 / Mühüm hadisələr
İyulun 7-də Asan xidmət könüllüləri AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna səfər ediblər. Əvvəlcə gənclər institutun laboratoriyalarında aparılan təcrübələrlə və müasir cihazların iş prinsipi ilə tanış olublar. Daha sonra institutun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov onlara molekulyar biologiyanın müasir metodları, genomun öyrənilməsinin dərman preparatlarının hazırlanmasındakı rolu və biotexnoloji tədqiqatlarda süni intellektin tətbiqi barədə ətraflı məlumat verib. Könüllülər alimin çıxışını böyük maraqla dinləyiblər.