AMEA Biologiya və Tibb Elmləri Bölməsində tanınmış türk alimi ilə görüş keçirilib + Foto
İyl 27, 2025 | 12:00 / Görüşlər
AMEA-nın vitse-prezidenti, AR ETN Molekullyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Türkiyə Respublikası Yeditepe Universitetinin Hüceyrə və Gen Terapiyası Mükəmməllik Mərkəzi İdarə Heyətinin sədri, Mühəndislik fakültəsinin Genetika və biomühəndislik Bölümünün rəhbəri, Biotexnologiya İnstitutunun direktoru, Elmi-Tədqiqat və Analitik Mərkəz Laboratoriyalarının koordinatoru Prof. Dr. Fikrəttin Şahinlə görüşüb. Görüşdə ortaq maraq doğuran istiqamətlərdə Türkiyə və Azərbaycanın elmi təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqat layihələrin hazırlanması və icrası, gənc elmi kadrların hazırlığı və mübadiləsi, digər bu kimi məsələlər geniş şəkildə müzakirə edilib.
Məlumat üçün birdirək ki, Prof. Dr. Fikrəttin Şahin 2012-ci ildə Türkiyə Elmlər Akademiyasının (TÜBA) həqiqi üzvü seçilib, 2015-2018-ci illərdə Türkiyə Səhiyyə İnstitutları Rəhbərliyi (TÜSEB) İdarə Heyətinin üzvü, 2013-2019-cu illərdə isə TÜBA Şurasının üzvü olub. H indeksi 79, i10 indeksi 369 olan tanınmış alim klinik, ərzaq, ətraf mühit və bitki mənşəli mikroorqanizmlərin molekulyar identifikasiyası, xarakteristikası və sənayedə tətbiq olunan bioloji firləşmələrin hazırlanması, antimikrob materialların inkişafı və istehsalı, kök hüceyrə, gen terapiyası və xərçəng mövzusunda elmi araşdırmalar aparır. Prof. Fikrəttin Şahin 554 elmi məqalə, 513 tezis, 40 kitab fəsli, 7 kitab nəşr edilmiş, 245 patentin müəllifidir.