sa sa 3375
MBBİ-nin əməkdaşları ET Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto İyl 28, 2025 | 14:00 / Ezamiyyətlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri, b.ü.f.d., dos. Ələmdar Məmmədov, institutun elmi işçiləri Səidə Zülfüqarova, Natella Əliyeva, kiçik elmi işçilər Xəyalə Əliyeva və Qönçə Ələkbərova 23-25  iyul tarixlərində  ET  Əkinçilik   İnstitutunun Qobustan   Bölgə  Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi Dövlət Proqramı çərçivəsində əkilmiş müxtəlif buğda genotipləri və xəttlərinin biçilməsi və dənlərin toplanması prosesinə monitorinqin aparılması olub.  Hazırda orada əkilmiş 188 buğda nümunələrinin və yeni hibridlərin əl ilə biçilməsi, dərzlərin bağlanması prosesi aktiv şəkildə yerinə yetirilir. Bu prosesdən sonra bir sünbüldə olan dənlərin sayı, 1000 dənin çəkisi və məhsuldarlıq kimi mühüm parametrlər təyin ediləcək. Qobustan Bölgə Təcrübə Stansiyasına ezam olunmuş əməkdaşlar yuxarıda qeyd olunan proseslərdə stansiyanın əməkdaşları ilə birlikdə iştirak ediblər. Buğda genotipləri, xəttlər və hibridlərdən toplanan nümunələr quraqlığa davamlılığa cavabdeh genlərin  ekspressiyasının tədqiqi üçün instituta gətirilib. Buğda genotiplərinin toxumlarında quraqlığa davamlılığa cavabdeh genlərin ekspressiyasının və  bəzi antioksidant fermentlərin aktivliklərinin müqayisəli analizi quraqlığa davamlı genotip, xətt və formaların seçilməsinə imkan verəcək.