1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Avg 01, 2025 | 11:00 / Mühüm hadisələr
Bu gün – 1 Avqust, xalqımız üçün mühüm tarixi əhəmiyyət daşıyan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan dilinin inkişafına, qorunmasına və latın qrafikalı yeni əlifbaya keçid prosesinə verilən önəmin göstəricisidir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə qayıdaraq latın qrafikalı Azərbaycan əlifbasını rəsmi şəkildə bərpa etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olundu və hər il ölkəmizdə böyük ehtiramla qeyd olunur. Ana dilimiz yalnız ünsiyyət vasitəsi deyil – o, bizim tariximiz, mədəniyyətimiz və milli kimliyimizin ayrılmaz hissəsidir. Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin mənəvi borcudur. Gəlin bu gündə dilimizə olan sevgi və hörməti bir daha ifadə edək! Azərbaycan dilini sevək, qoruyaq və yaşadaq!