sa sa 608
Osnabruk Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq uğurla davam etdirilir + Foto Avg 09, 2025 | 20:00 / Görüşlər

Avqustun 7-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akdemik İradə Hüseynova başda olmaqla institutun əməkdaşları ilə Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz arasında Zoom platforması üzərindən görüş keçirilib. Görüşdə ötən il Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universiteti ilə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında inzalanmış Anlaşma memorandumu çərçivəsində buğdanın yaxşılaşdırılması ilə üzrə aparılmış tədqiqatların nəticələri müzakirə edilib. Qeyd etmək lazımdır ki, birğə əməkdaşlıq çərçivəsində yerli sortlarla yanaşı, 3 yüksək məhsuldar alman sortu Qobustan şəraitində əkilərək tədqiqatlara cəlb olunub.

Görüşdə geniş müzakirələr aparılıb və gələcəkdə görüləcək işlər planlaşdırılıb.