sa sa 3102
MBBİ-nin icraçı direktoru Ələmdar Məmmədov Fövqəladə Hallar Nazirliyinin Obyekt Fövqəladə Hallar Komissiyası sədrləri və Mülki Müdafiə qərargah rəisləri üçün keçirilən təlimdə iştirak edib + Foto Avg 11, 2025 | 13:00 / Tədbirlər

AR   ETN   Molekulyar  Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov Fövqəladə Hallar Nazirliyinin Obyekt Fövqəladə Hallar Komissiyası sədrləri və Mülki Müdafiə qərargah rəisləri üçün keçirilən təlimdə iştirak edib. Təlimdə mühafizə sahəsində qanunvericilik və hüquqi baza barədə Azərbaycan Respublikasının  qəbul etdiyi qanun və qərarlar  və onların əhəmiyyəti barədə  danışılıb. Eyni zamanda fərdi mühafizə vasitələrinin təsnifatı, saxlanılması və əhaliyə paylanılmasının təşkili barədə məlumat verilib. İsrailin istehsal etdiyi İKAN-20-100 markalı əleyhiqaz, Ap-96 tənəffüs aparatı, TRELLSHEM VPS qoruyucu geyim, ayaqqabı, eynəklər və s. əyani olaraq nümayiş etdirərək iş prinsiplərini izah edilib.  Təlimdə həmçinin MM tədbirlərinin planlaşdırılması, təşkili və həyata keçirilməsi qaydaları, əhalinin maddi və mədəni sərvətlərinin təxliyyə edilməsi, sığınacaqlar və daldalanacaqlar, onların strukturu, tipləri haqqında məlumat verilib.

Beş gün davam edən təlimdən sonra iştirakçıların bilik və bacarıqları yoxlanılaraq sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.