AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunun Bitki fiziologiyası ixtisası üzrə doktorantı, Proteomiks labortaoriyasının 0.5. ştat kiçik elmi işçisi Nihal Mustafayeva 20.05.2025-09.08.2025 ci il tarixlərində Almaniyanın Speyer şəhərində yerləşən Kənd Təsərrüfatı Təhlili və Tədqiqat İnstitutunda "Müxtəlif stres faktorlarının təsiri altında bitki-torpaq əlaqələrində karbon mübadiləsi komponentlərinin tədqiqi" mövzusunda dissertsiyası işi üzrə tədqiqatlar aparmaq məqsədilə elmi ezamiyyətdə olunmuşdur. İqlim dəyişiklikləri şəraitində yabanı və qida əhəmiyyətli bitkilərin müxtəlif stres faktorlara qarşı davamlılıq mexanizmləri morfoloji, anatomik və fizioloji səviyyələrdə müqayisəli tədqiq edilmişdir. Nihal Mustafayeva səfər müddətində Kənd Təsərrüfatı Təhlili və Tədqiqat İnstitutunun təcrübəsini öyrənmiş, tədqiqatlarda müasir metodlar və avadanlıqlardan istifadə etmişdir. Bitki və torpaq nümunələrində toksik komponentlərin miqdarı, metabolitlərin kəmiyyət və keyfiyyət göstəriciləri araşdırmaların əsas istiqamətlərini təşkil etmişdir.