sa sa 2599
MBBİ-nin dissertantı COP 30-a hazırlıq mərhələsi çərçivəsində Braziliyada Rio İqlim Fəaliyyəti həftəsində çıxış edib Sen 01, 2025 | 20:00 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biologiya ixtisası üzrə dissertantı İlhamə Cəfərli 28 avqust 2025-ci ildə Braziliyanın  Rio de Janeiro şəhərində keçirilən İqlim Fəaliyyəti Həftəsində iştirak edib. Bu tədbirdə İlhamə Cəfərli İqlim Dəyişikliyinin Androgen Reseptorlarına Təsiri: İnsan Sağlamlığı üzrə tədqiqatlar" mövzusunda təqdimatla çıxış edib. O, iqlim müzakirələrinə insan perspektivlərinin inteqrasiya edilməsinin əhəmiyyətini vurğulayıb. İ.Cəfərli bu tədbirin qlobal qanunvericilərlə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu açıqlayıb və iqlim dəyişikliyinin genlərə və reproduksiyaya təsiri ilə bağlı müxtəlif məsələri müzakirə edib. Tədbirdə TƏBİB, Türkiyənin Yozgat Bozok Universiteti, Böyük Britaniyadan UCL və digər universitetlər də iştirak edərək, iqlim dəyişikliyi və insan sağlamlığı mövzusunda öz tədqiqatlarını təqdim ediblər. Eyni zamanda, tədbirin təşkilatçısı olan Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası bu sahədəki müzakirələrin genişlənməsinə və beynəlxalq əməkdaşlığın güclənməsinə öncülük edib.