sa sa 1587
B.e.d., dosent Şahniyar Bayramov COST proqramı çərçivəsində keçirilən görüşdə iştirak edib + Foto Sen 23, 2025 | 19:00 / Ezamiyyətlər

B.e.d., dosent Şahniyar Bayramov 18-19 sentyabr tarixlərində Xorvatiyanın Split şəhəri yaxınlığında yerləşən CEKOM 3LJ tədqiqat mərkəzində COST proqramı çərçivəsində keçirilən görüşdə iştirak edib. CEKOM 3LJ  mərkəzinin əsas fəaliyyət istiqaməti qida, sağlamlıq, biotexnologiya sahələrində tədqiqat, inkişaf və innovasiyalara və xüsusilə dərman, ətirli və meyvə bitkiləri kimi yerli təbii resurslardan istifadəyə yönəlib. Tədbirdə müxtəlif Avropa ölkələrində dərman və aromatik bitkilərin qorunması məqsədilə alaq otlarına qarşı geyri-kimyəvi mübarizə üsulları və həmin bitkilərdən faydalı maddələrin istehsalı və onların təyini metodları haqqında müxtəlif məruzələr dinlənilib. CEKOM 3LJ tədqiqat mərkəzində həmçinin sənayə əhəmiyyətli texnologiyalar nümayiş etdirilib və Avropanın müxtəlif ölkələrindən gələn alimlərin yerinə yetirdikləri elmi-praktiki işlər haqqında fikir mübadiləsi aparılıb.