B.ü.f.d., dosent Mustafayev Nurməmməd V Beynəlxalq TURAZ Akademiyası konqresində iştirak edib + Foto
Sen 24, 2025 | 13:00 / Ezamiyyətlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Mustafayev Nurməmməd 11-13 sentyabr tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən “Çoxaspektli məhkəmə təbabəti və patologiya” adlı V Beynəlxalq TURAZ Akademiyası konqresində (UTAK 2025) iştirak edib. Nurməmməd Mustafayev konqresdə “Genetik testlər zamanı aşkarlanan mutasiya halları və xəstəliklərlə ilişkili allellər/genotiplər” və “Azərbaycan populyasiyasında Y-DNT haploqruplarının tərkibinin tədqiqi” mövzuları ilə çıxış edib. Hər iki mövzu dinləyicilərin marağına səbəb olub. Patoloji allellər/genotiplərlə əlaqəli əldə olunan nəticələr, həmçinin populyasiyamızın Y-DNT genefondunun tədqiqi zamanı 1 (J2b, L), 2 (J1, E1b1b), 3 (E1b1a, E1b1b, R1) və 6 (E1b1b) allel variantları ilə təmsil olunan DYF387S1 Y-STR lokusunun iştirakı ilə müxtəlif haploqrupların aşkarlanması halı haqqında məlumat xüsusi maraq yaradıb. Nurməmməd Mustafayev həmçinin Özbəkistan və Türkiyəli mütəxəssislərlə gələcək əməkdaşlıq və birgə layihələrin işlənməsi imkanlarını müzakirə edib.