Sentyabrın 24-də MBBİ-də mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti ilə “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi” keçirilib. Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin yoxlanılması, böhran vəziyyətlərində fəaliyyətin uzlaşdırılması və komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. Təlimdə MBBİ-nin Mülki Müdafiə qərargahının rəisi Mikayıl Paşayev yanğınsöndürmə balonlarının iş prinsipi və yanğının söndürülməsi zamanı balonlardan istifadə qaydaları haqqında nəzəri məlumat verib. Daha sonra institutun əməkdaşları şərti yanğının söndürülməsi üzrə praktiki təlimdə iştiralk ediblər.