Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ICARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) ilə birgə əməkdaşlıq çərçivəsində Biostatistika üzrə keçirilən təlim kursu sentyabrın 26-da başa çatıb. İCARDA-nın Bioinformatika bölməsinin nümayəndəsi, bioinformatika və biomühəndislik üzrə mütəxəssis Tamara Ortiz tərəfindən aparılan təlimdə gənc tədqiqatçılar R proqramlaşdırma dili və bitki genetikasının əsas anlayışları ilə tanış olublar.