sa sa 7262
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsində professor İbrahim Əzizov tərəfindən ustad dərsi keçirilib + Foto Okt 12, 2025 | 10:00 / Seminarlar

Sentyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsində ustad dərsi keçirilib. Tədbirdə fakültə dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, kafedra müdirləri prof. Əli Zalov, dos. Kəmalə İskəndərova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Dekan müavini dos. B.Əsədova elmi seminarın mövzusunun aktuallığını vurğulayaraq, duzluluq stressinin bitkilərin böyümə və məhsuldarlığına təsirindən, həmçinin qlobal qida təhlükəsizliyi üçün şoranlaşmanın yaratdığı risklərdən danışıb.” AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov “Şoranlığın kənd təsərrüfatı bitkilərinin inkişafına zərərli təsiri və davamlılığın yaxşılaşdırılması üçün müasir biotexnoloji və genom strategiyaları” mövzusunda çıxış edib. Sonra məruzəçi seminar iştirakçılarının verdiyi sualları cavablandırıb və aktual məsələlər ətrafında müzakirələr aparılıb. Prof. İbrahim Əzizovun təqdim etdiyi məlumatlar və elmi nəticələr professor-müəllim heyəti və tələbələr tərəfindən yüksək maraqla qarşılanıb, bu cür seminarların fakültənin elmi və tədris fəaliyyətinə mühüm töhfə verdiyi qeyd olunub.