 18 Oktyabr –Müstəqilliyin Bərpası Günüdür   
Okt 18, 2025 | 09:00 / Mühüm hadisələr
18 Oktyabr –Müstəqilliyin Bərpası Günüdür   
Okt 18, 2025 | 09:00 / Mühüm hadisələr
18 oktyabr Azərbaycan xalqının tarixində unudulmaz və qürurverici gündür. 1991-ci ilin məhz bu günündə xalqımız azadlıq arzularını reallığa çevirdi, müstəqilliyini yenidən bərpa etdi. Bu, əsrlərlə davam edən mübarizənin, xalqın sarsılmaz iradəsinin və milli birliyinin təntənəsi idi. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu ilə ölkəmiz öz tarixi adını və suverenliyini geri aldı. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Müstəqillik bizim ən böyük sərvətimizdir”. 1991-ci ildən etibarən Azərbaycan öz dövlətçilik ənənələrini möhkəmləndirdi, dünya birliyində layiqli yerini tutdu. Bu illər ərzində ölkəmiz siyasi sabitlik, iqtisadi tərəqqi və beynəlxalq nüfuz baxımından böyük uğurlar qazandı. Müstəqillik hər bir azərbaycanlı üçün azad nəfəs, azad fikir və azad gələcək deməkdir. Bu gün dalğalanan üçrəngli bayrağımız minlərlə şəhidin qanı bahasına qazanılan azadlığımızın simvoludur. 18 oktyabr həm də gənc nəsillərə milli kimliyimizi, Vətənə sədaqətimizi və azadlığın dəyərini xatırladır. Hər il bu tarixdə xalqımız müstəqilliyin bərpasını dərin ehtiramla qeyd edir, şəhidlərimizin xatirəsini minnətdarlıqla anır. Müstəqilliyimiz bizim varlığımızın, birliyimizin və gücümüzün rəmzidir.