MBBİ beynəlxalq əlaqələrini genişləndirir + Foto
Okt 22, 2025 | 12:00 / Mühüm hadisələr
Oktyabrın 17-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər magistratura və PhD proqramları üzrə tələbə, müəllim və tədqiqatçı mübadiləsi, birgə elmi-tədqiqat və elmi-texniki layihələrin həyata keçirilməsi, konfrans, seminar və simpoziumların təşkili, eləcə də birgə elmi nəşrlərin hazırlanması və dərc olunması sahələrində əməkdaşlıq etməyi öhdələrinə götürüblər. Anlaşma memorandumunu Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru Akademik İradə Hüseynova və Özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun direktoru professor Şahlo Miralimova imzalayıblar.