sa sa 197
“Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfransda mühüm təqdimatlar dinlənilib + Foto Okt 16, 2025 | 18:00 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyi, Elm və Təhsil üzrə Dövlət Agentliyi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans 16 oktyabr 2025-ci il tarixində öz işini dəvətli məruzəçilərin təqdimatları ilə davam etdirib.

Ege Universitetinin (Türkiyə) professoru Aziz Eftekharinin və ADA Universitetinin (Azərbaycan) əməkdaşı biologiya elmləri doktoru Mehrac Abbasovun moderatorluğu ilə keçirilən iclaslarda Birləşmiş Krallığın Kembric Universitetinin professoru Pawel Dydio “Mexanistik dizayn və multikataliz vasitəsilə kimyəvi innovasiyalara nail olmaq”, ABŞ-ın Ouburn Universitetinin professoru Rəşad Kərimov “Keçid metalları ilə kataliz oluna bilən heteroarenlərin deformasiyası vasitəsilə piperidinin sintezi”, Koreya Respublikası Soqang Universitetinin laboratoriya müdiri, professor Byeong-ha Lee “Daha təkmil bitki yaratmaq: abiotik stressə davamlılıq üçün “əsaslara qayıdış” yanaşması”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Məryəm Qafarzadə “Polien makrolid antibiotikləri: kimyəvi funqisidlərin ekoloji cəhətdən təmiz alternativləri”, Almaniyanın Maks Plank Kömür Tədqiqatları İnstitutunun doktorantı Dilqəm Əhmədli “Ariltiantrenium duzları vasitəsilə mürəkkəb kiçik molekulların diversifikasiyası üçün standartlaşdırılmış yanaşma”, Özbəkistan Respublikası Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun direkor müavini professor Shaxlo Miralamova “Qida təhlükəsizliyi və dayanıqlı ekosistemlər üçün mikrob mənşəli innovasiyalar”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri Aynura Paşayeva “Düyü bitkisinin enerjidən asılı sönmə prosesində və stresə davamlılığında tilakoidlərin PSBS ilə tənzimlənən fosforlaşması”, Türkiyənin Dokuz Eylül Universitetinin əməkdaşı İbrahim Kırkız “Dəniz nəqliyyatında biofouling əsaslı enerji problemləri və antifouling üsulları”, Özbəkistan Respublikası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işçisi Dr. Tokhir Xusanov “Bacillus velezensis TM-in fitopatogen göbələklərin inkişafını zəiflətməsi və tütün mozaika virusuna (TMV) qarşı bitki davamlılığını artırması”, biologiya elmləri doktoru Mehrac Abbasov “Buğdanın davamlılığının yaxşılaşdırılması üçün SNP markerləri vasitəsilə Aegilops tauschii Coss.-un genetik müxtəlifliyinin müəyyən edilməsi”, Ege Universitetinin elmi işçisi Dr. Anastasia Asanova “Gümüş nanohissəciklərinin müxtəlif bioloji modellər əsasında ekotoksikoloji qiymətləndirilməsi”, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun laboratoriya müdiri biologiya elmləri doktoru Tofiq Allahverdiyev “Quraqlığa davamlı buğda genotiplərinin seleksiyasında fizioloji xüsusiyyətlərin öyrənilməsi” mövzularında elmi məruzələrlə çıxış ediblər.

Bütün təqdimatlar maraqla dinlənilib, ətraflı müzakirələr aparılıb.

Konfrans öz işini seksiya iclasları ilə davam etdirəcəkdir.