B.ü.f.d., dosent Ülkər İbrahimova Pakistan İslam Respublikasında keçirilən beynəlxalq konfranslarda çıxış edib + Foto ,Video
Okt 28, 2025 | 08:45 / Konfranslar, iclaslar
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun Xloroplastların fotokimyası laboratoriyasını aparıcı elmi işçisi, b.ü.f.d., dosent Ülkər İbrahimova Pakistan İslam Respublikasının Pəncab, Baba Quru Nanak və İqtisad Universitetlərinə “Keynote Speaker” kimi dəvət olunub. 13-14 oktyabr tarixlərində Lahor şəhərində yerləşən Pəncab Universitetində keçirilən 8-ci Tərbiqi Zoologiya üzrə Beynəlxalq Konfransda (İCAZ-2025) “Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafı və innovativ yolları” mövzusunda və 15-17 oktyabr tarixlərində Baba Quru Nanak Universitetində keçirilən 2-ci Tətbiqi Elmlər və Texnologiya üzrə Beynəlxalq Konfransda (İCAST-2025) “Buğdada davamlılığı təmin edən morfofizioloji, biokimyəvi və genetik mexanizmlər" mövzusunda çıxış edib və sertifikatlarla təltif olunub. Pakistanda olduğu müddətdə Ülkər İbrahimova Pəncab və Baba Guru Nanak Universitetlərinin Biologiya və Kimya fakültələrində bakalavr və magistratura pilləsində təhsil alan tələbələrlə görüşərək onlarla elmi və praktiki təcrübəsini bölüşüb, tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb.