sa sa 6518
Biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayevin 60 yaşı tamam olub Okt 28, 2025 | 15:32 / Yubileylər

Oktyabrın 15-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayevin 60 yaşı tamam olub. Nurməmməd Mustafayev bitkilərin plastid genomlarının tədqiqi, populyasiya genetikası və irsi xəstəliklərin molekulyar-genetik əsaslarının öyrənilməsi sahəsində tədqiqatlar aparır. Onun elmi fəaliyyəti müasir biologiyanın aktual istiqamətlərini əhatə etməklə, fundamental biliklərin praktik tətbiqinə yönəlib. Alimin apardığı araşdırmaların nəticələri nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub, eləcə də elmi bazalarda referatlaşdırılaraq yüksək qiymətləndirilib. Nurməmməd müəllim yalnız elmi nailiyyətləri ilə deyil, həm də pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə fərqlənir. O, uzun illərdir ki, gənc tədqiqatçıların elmi dünyagörüşünün formalaşmasına, yeni nəslin elmə marağının artırılmasına, onların beynəlxalq səviyyədə tanınan mütəxəssislər kimi yetişməsinə böyük töhfə verir. Elm və təhsilə sadiq, dərin bilik və zəngin təcrübəyə malik bir alim kimi Nurməmməd Mustafayev həm əməkdaşlarının, həm də tələbələrinin səmimi hörmət və rəğbətini qazanıb.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi olaraq Nurməmməd müəllimi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni elmi nailiyyətlər və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi