sa sa 6528
MBBİ-nin əməkdaşları Ucar rayonunda elmi ezamiyyətdə olublar + Foto Noy 04, 2025 | 13:00 / Ezamiyyətlər

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri AMEA-nın müx. üzvü İbrahim Əzizov, laboratoriyanın baş elmi işçisi b.e.d.  Atabəy Cahangirov, aparıcı elmi işçi, b.ü.f.d, dos.  Mayaxanım Xanışova, elmi işçi Könül Tağıyeva AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq məntəqəsində elmi ezamiyyətdə olublar. Əkin sahəsində nisbətən şoran ərazi seçilərək şumlama işləri aparılıb. Daha sonra 24 hibrid içərisindən əvvəlcədən seçilmiş morfofizioloji və məhsuldarlıq göstəricilərinə görə nisbətən duzadavmlı olan 10 sayda (F7) buğda hibridinin müvafiq seleksiya qaydalarına əsasən səpini həyata keçirilib.