Akademik İradə Hüseynova “Şöhrət” ordeni ilə təltif olunub
Noy 06, 2025 | 01:17 / Mühüm hadisələr
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkə elminin inkişafında göstərdiyi xidmətlərə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova “Şöhrət” ordeni ilə təltif olunub.
Bu yüksək dövlət mükafatı alimin uzun illər ərzində elmin təşkili, molekulyar biologiya və biotexnologiya sahəsində fundamental və tətbiqi tədqiqatların inkişafı, eləcə də gənc alimlərin yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərin dövlət səviyyəsində yüksək qiymətləndirilməsidir. İradə Hüseynovanın rəhbərliyi ilə institutda müasir elmi istiqamətlərin formalaşdırılması, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Azərbaycan elminin dünya elmi məkanında layiqli təmsil olunması istiqamətində mühüm işlər görülür.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi adından akademik İradə Hüseynovaya möhkəm can sağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətində uğurlar arzulayırıq.