MBBİ-nin doktorantı Türkiyənin Doqquz Eylül Universitetində tədqiqat işləri aparıb + Foto
Noy 07, 2025 | 10:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Ruslan Süleymanov 17 sentyabr - 31 oktyabr tarixlərində Türkiyənin Doqquz Eylül Universitetində elmi ezamiyyətdə olub. Ezamiyyət müddətində Ruslan Süleymanov "Xəzər dənizindən toplanmış yosunların sintez etdiyi nanohissəciklərin köməyi ilə hidrogen alınması" mövzusu üzrə tədqiqat işləri aparıb. Aparılan tədqiqatın məqsədi sintez üçün ən əlverişli şərtləri müəyyənləşdirmək və əldə olunmuş optimal nanohissəcikləri hidrogen istehsalı prosesində tətbiq etməkdir. Universitetin Biokimya laboratoriyasında Xəzər dənizindən toplanmış iki növ yosun — Ulva compressa və Gracilaria əsasında gümüş nanohissəciklər sintez edilib və onların struktur, morfoloji və funksional xüsusiyyətləri öyrənilib. Paralel olaraq, sintez olunmuş nanohissəciklərin biohidrogen istehsalında katalitik aktivliyi sınaqdan keçirilərək müxtəlif parametrlərin optimallaşdırılması üzərində işlər aparılıb.