sa sa 387
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür Noy 09, 2025 | 10:00 / Mühüm hadisələr

Azərbaycan Respublikasında hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu bayram 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmişdir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti üçrəngli bayrağı – mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan milli bayrağı dövlət atributu kimi qəbul etmişdir. Mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və demokratiyaya bağlılığımızı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bayrağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz Azərbaycan xalqının milli kimliyini və dövlət müstəqilliyini simvolizə edir. Azərbaycanın dövlət bayrağı həm azadlığımızın, həm də milli birliyimizin rəmzidir. Bu bayraq altında xalqımız böyük sınaqlardan keçmiş, müstəqilliyini bərpa etmiş və onu qoruyub saxlamağı bacarmışdır. Dövlət Bayrağı bu gün ölkəmizin bütün rəsmi binalarında, təhsil və mədəniyyət ocaqlarında, diplomatik nümayəndəliklərdə ucaldılır. Hər il 9 noyabrda ölkənin müxtəlif bölgələrində rəsmi tədbirlər, yürüşlər və bayraq paradları təşkil olunur. Paytaxt Bakıda yerləşən Dövlət Bayrağı Meydanı və 162 metr hündürlüyündəki bayraq dirəyi bu gün milli qürurumuzun simvoluna çevrilib. Azərbaycan xalqı üçün bu gün təkcə bir dövlət atributunun deyil, həm də azadlıq və vətən sevgisinin təntənəsidir. Müqəddəs Bayrağımız heç vaxt enməsin, həmişə qürurla dalğalansın!