MBBİ-də Elmi şuranın növbəti iclası keçirilib + Foto
Noy 14, 2025 | 14:53 / Konfranslar, iclaslar
Noyabrın 14-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Öncə Elmi Şuranın üzvü olan vaxtsız vəfat etmiş biologiya üzrə elmlər doktoru, dosent Şahnigar Bayramovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. İclasda Fotobioenergetika, Xloroplastların fotokimyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Hüceyrənin membran sistemləri, Bionaotexnologiya laboratoriyalarının və Veteranlar şurasının hesabatları dinlənilib. Məruzəçilər AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktorları Yaşar Feyziyev, Səftər Süleymanov və Bionanotexnologiya beynəlxalq laboratoriyasının elmi işçisi Mehriban Şabanova aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr, kadr hazırlığı, yerli və xarici mətbuatda nəşr olunan məqalələr və laboratoriya əməkdaşlarının yerli və beynəlxalq tədbirlərdə iştirakı haqqında Şura üzvlərinə ətraflı məlumat veriblər. Məruzələr ətrafında verilən suallar cavablandırılıb və müzakirələr aparılıb. Sonda hesabatlar yekdilliklə qəbul edilib.