sa sa 832
Türkiyənin Erciyez Universitetinin professoru Yusuf Özkul MBBİ-nin qonağı olub + Foto Noy 23, 2025 | 15:32 / Mühüm hadisələr

Noyabrın 19-da Türkiyənin Erciyez Universitetinin professoru Yusuf Özkul AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub. Alim öncə institutun rəhbəri akademik İradə Hüseynova ilə görüşüb. İradə Hüseynova qonağa institutun yaranma tarixi, burada aparılan tədqiqarlar, əldə olunan nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Yusuf Özkul institutun laboratoriyalarının maddi-texniki bazası və aparılan elmi-tədqiqat işləri ilə tanış olub. Sonra professor Yusuf Özkülün iştirakı ilə elmi seminar keçirilib. Seminarda MBBİ-nin əməkdaşları ilə yanaşı, AR ETN Mikrobiologiya İnstitutunun əməkdaşları və Bakı Dövlət Universitetinin müəllim və tələbələri də iştirak edib. Tibbi genetika, molekulyar biologiya və onkogenetika sahələrində apardığı tədqiqatlarla tanınan türkiyəli alim Kayseri şəhəri haqqında maraqlı təqdimatla çıxış edib və Erciyez Universitetində apardığı tədqiqatlar haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb. Məruzə böyük maraqla qarşılanıb və professor Yusuf Özkul verilən sualları cavablandırıb.