Meyvəçilik sahəsində Çin–Azərbaycan elmi əməkdaşlığı genişlənir + Foto
Noy 13, 2025 | 15:00 / Mühüm hadisələr
Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının Pomologiya İnstitutu (IPCAAS), AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) və AR KTN Meyvəçilik və Çayçılıq İnstitutunun (ETMÇİ) əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşün məqsədi “Çin–Azərbaycan Pomologiya üzrə Birgə Laboratoriya”nın yaradılması məqsədilə imzalanacaq Anlaşma Memorandumunun müzakirəsi olmuşdur. Laboratoriyanın yaradılmasında məqsəd meyvəçilik sahəsində birgə elmi tədqiqatları təşviq etmək, yeni texnologiyaların tətbiqini təmin etmək və kadr mübadiləsini inkişaf etdirməkdir. Əməkdaşlıq əsasən meyvə ağaclarının seleksiyası, bitki xəstəlikləri, diaqnostika, karantin tədbirləri, meyvələrin keyfiyyət analizi, saxlanma texnologiyaları və təhlükəsizlik standartları, alim və mütəxəssis mübadiləsi, birgə layihələr və təlimlər, bioloji protokolların inkişafı, istehsalat texnologiyaları və innovativ texnologiyaların yayılması kimi sahələri əhatə edəcək. Çində laboratoriyanın yaradılmasına IPCAAS, Azərbaycanda isə MBBİ ilə ETMÇİ birgə rəhbərlik edəcək.