sa sa 369
Bolqarıstan Elmlər Akademiyasının prezidenti MBBİ-də olub + Foto Noy 06, 2025 | 15:00 / Görüşlər
Bolqarıstan Elmlər Akademiyasının prezidenti, professor Evelina Slavçeva Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak etmək məqsədilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə Bakıda səfərdə olub. Səfər çərçivəsində qonaq AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət edib. Görüş zamanı institutun baş direktoru akademik İradə Hüseynova Azərbaycan və Bolqarıstan arasında mövcud dostluq münasibətlərinin əhəmiyyətindən söz açıb, bu əlaqələrin elm və təhsil sahəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonağa institutun əsas elmi istiqamətləri, müasir tədqiqat infrastrukturunun imkanları və beynəlxalq layihələr barədə məlumat verilib. Eyni zamanda birgə elmi araşdırmaların aparılması, birgə elmi layihələrin hazırlanması, kadr hazırlığı imkanları müzakirə olunub. Prof. Evelina Slavçeva Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə elmi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdə atıla biləcək addımlar barədə fikirlərini bölüşüb.