sa sa 704
Xəzər dənizinin Abşeron sahillərində növbəti elmi ekspedisiya həyata keçirilib + Foto Noy 28, 2025 | 13:53 / Ezamiyyətlər

Noyabrın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutu Publik Hüquqi Şəxsin əməkdaşları “Xəzər dənizi yosunlarından biotexnoloji yolla hidrogen alınması” layihəsi çərçivəsində Xəzər dənizinin Abşeron yarımadası sahillərində növbəti elmi ekspedisiyada iştirak ediblər. Ekspedisiya zamanı biologiya üzrə fəlsəfə doktoru Nahidə Əliyeva, elmi işçi Könül Cümşüdlü və doktorant Ruslan Süleymanov tərəfindən yosun nümunələri toplanaraq müvafiq tədqiqatlar aparılması üçün laboratoriyaya gətirilib. Toplanmış nümunələr üzərində biokimyəvi, fizioloji və biofiziki analizlərin aparılması planlaşdırılır. Bununla yanaşı, ekspedisiya çərçivəsində ətraf mühitin əsas parametrləri – su və hava temperaturu, küləyin sürəti və günəş radiasiyasının intensivliyi ölçülüb. Layihə çərçivəsində təşkil olunan ekspedisiyaların əsas məqsədi Xəzər dənizinin yosun bioresurslarının alternativ enerji mənbəyi, xüsusən də biotexnoloji üsulla hidrogen istehsalı üçün potensial imkanlarını araşdırmaqdır.