Davamlılıq naminə Fotosintez və Hidrogen Enerjisi Tədqiqatları üzrə Beynəlxalq Konfransların iyirmi ili
Yan 29, 2026 | 23:13 / Nəşrlər
A.W.D. Larkum, R. Subramanyam, G. Govindjee və S.İ Allahverdiyevin həmmüəllif olduqları “Twenty years of the International Conferences on Photosynthesis and Hydrogen Energy Research for Sustainability” adlı məqalə nüfuzlu Photosynthetica jurnalında dərc olunub.
Son iyirmi il ərzində keçirilən konfranslar üç qitəni — Şimali Amerika, Avropa və Asiyanı əhatə etmiş və fotosintez, hidrogen istehsalı və enerji dayanıqlığı sahələrində ən son elmi ideyalarla çıxış edən iştirakçıların cəlb olunması baxımından yüksək uğur qazanmışdır. Bu məqalədə keçirilən 12 beynəlxalq konfrans təqdim olunur və hər bir konfransın əsas tədbirləri barədə ətraflı məlumat verilir. Konfransların əsas istiqamətləri Fotosintetik orqanizmlərdə suyun parçalanmasının (Fotosistem II) əsas mexanizmlərinin və Fotosistem I ətrafında gedən reaksiyaların anlaşılmasında əldə olunan son nailiyyətlər, fotosintez prosesində hidrogen istehsalının rolu, fotosintez və hidrogen istehsalı sahəsində innovasiyaların qlobal dayanıqlığın inkişafındakı rolu olmuşdur.