sa sa 406
Molekulyar Biologiya İnstitutunda 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib + Foto Fev 11, 2026 | 15:47 / Tədbirlər

Molekulyar Biologiya İnstitutunda 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü münasibətilə tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov açaraq bu əlamətdar günün tarixi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib və qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində (STEM) bərabər iştirakının təmin olunmasına xidmət edir. Bildirilib ki, elmin davamlı inkişafı üçün qadınların potensialından tam istifadə olunması mühüm əhəmiyyət daşıyır. Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya üzrə fəlsəfə doktoru Səadət Xudaverdiyeva və elmi işçi Gülmirə Əlibəyova çıxış edərək qadın alimlərin elmin müxtəlif istiqamətlərində qazandıqları nailiyyətlərdən danışıb, onların elmi mühitin formalaşmasında və inkişafında mühüm rol oynadıqlarını vurğulayıblar. Çıxışlarda gənc tədqiqatçıların dəstəklənməsi və innovativ düşüncə tərzini inkişaf etdirməyin vacibliyi xüsusi qeyd olunub.

Tədbirin sonunda Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.