Molekulyar Biologiya İnstitutunda hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilib + Foto
Fev 13, 2026 | 13:30 / Tədbirlər
2026-cı il üçün mülki müdafiə tədbirləri planına əsasən, fevralın 13-də rəhbər heyətin iştirakı ilə İnstitutda hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilib. Mülki müdafiə üzrə mütəxəssis Natiq Məmmədov məşqin keçirilməsində əsas məqsədin xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, həmçinin şəxsi heyətə xəbərdarlıq və toplanış üzrə praktiki vərdişlərin aşılanması olduğunu qeyd edib. Məşq zamanı mülki müdafiə qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, tabel əmlakı ilə təchizatı və qarşıya qoyulmuş tapşırıqlar üzrə nəzəri biliklərin səviyyəsi yoxlanılıb. Sonda aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.