sa sa 172
Sumqayıt Dövlət Universitetinin tələbələri AR ETN Molekulyar Biologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər + Foto Fev 20, 2026 | 15:00 / Mühüm hadisələr

Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planına uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin IV kurs tələbələri 16 fevral – 24 may 2026-cı il tarixləri arasında AR ETN Molekulyar Biologiya İnstitutunda istehsalat təcrübəsi keçirlər. Təcrübənin ilk günü institutun direktoru v.i.e. Akademik İradə Hüseynova tələbələrlə görüş keçirmişdir. Görüş zamanı tələbələrə institutun əsas elmi istiqamətləri, aparılan fundamental və tətbiqi tədqiqatlar, müasir laboratoriya infrastrukturu və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat vermişdir. Tələbələrə istehsalat təcrübəsinin məqsədi və vəzifələri izah edilmiş, laboratoriyalarda iş prosesinin təşkili, təhlükəsizlik qaydaları və tədqiqat prosesində məsuliyyət məsələləri diqqətə çatdırılmışdır. Akademik İradə Hüseynova qeyd etmişdir ki, təcrübə müddətində tələbələr molekulyar biologiya, genetika və biotexnologiya sahələrində aparılan tədqiqat proseslərində yaxından iştirak edəcək, müasir metod və texnologiyalarla tanış olmaq imkanı əldə edəcəklər.