21 Fevral – Beynəlxalq Ana Dili Günüdür
Fev 21, 2026 | 11:00 / Mühüm hadisələr
21 fevral dünyada UNESCO tərəfindən 1999-cu ildə təsis edilmiş Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu günün məqsədi dil müxtəlifliyinin qorunması, ana dillərinin inkişafı və gələcək nəsillərə ötürülməsinin təşviq edilməsidir. Ana dili xalqın milli kimliyini, mədəni irsini, tarixini və mənəvi dəyərlərini özündə yaşadan ən mühüm amillərdən biridir. Azərbaycan dili də zəngin leksik tərkibi, ifadə imkanları və çoxəsrlik ədəbi ənənələri ilə milli varlığımızın əsas sütunlarından biridir. Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir və onun qorunması, inkişafı və təbliği dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ana dilimizin saflığının qorunması, düzgün istifadəsi və elmi-ədəbi mühitdə zənginləşdirilməsi hər birimizin vətəndaşlıq borcudur.
Beynəlxalq Ana Dili Günü münasibətilə ana dilimizi sevən, qoruyan və inkişaf etdirən hər kəsi təbrik edir, dilimizin daim yaşamasını və zənginləşməsini arzulayırıq.