Molekulyar Biologiya İnstitutunda ingilis və alman dili dərsləri təşkil olunub + Foto
Fev 27, 2026 | 15:15 / Dərslər
AR ETN Molekulyar Biologiya İnstitutunda əməkdaşların peşəkar inkişafının dəstəklənməsi və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə xarici dil biliklərinin artırılmasına xüsusi önəm verilir. Bu məqsədlə İnstitutda ingilis və alman dili dərsləri təşkil olunur. İngilis dili dərsləri İnstitutun Beynəlxalq Əməkdaşlıq Sektorunun mütəxəssisi Aytən Vahabzadə, alman dili dərsləri isə həmin sektorun baş mütəxəssisi Aynurə Budaqova tərəfindən aparılır. Təlimlər interaktiv metodla keçirilir və əməkdaşların dil biliklərinin praktik tətbiqinə xüsusi diqqət yetirilir. Xarici dil dərsləri İnstitutun beynəlxalq əməkdaşlıq strategiyasının mühüm tərkib hissəsidir və əməkdaşların qlobal elmi mühitə inteqrasiyasına xidmət edir.