Narkomaniya və ona qarşı mübarizənin elmi əsasları: Qlobal çağırışlar və milli prioritetlər
Mart 11, 2026 | 21:00 / Nəşrlər
AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e. Akademik Iradə Hüseynovanın “Narkomaniya və ona qarşı mübarizənin elmi əsasları: Qlobal çağırışlar və milli prioritetlər” adlı məqaləsi “İki sahil” qəzetində nəşr olunub. Məqalədə narkomaniyanın XXI əsrin ən mürəkkəb sosial-bioloji problemlərindən biri olduğu və onun ictimai sağlamlıq, sosial sabitlik və milli təhlükəsizlik üçün ciddi təhlükə yaratdığı qeyd iolunur. Narkotik asılılığın neyrobioloji, genetik, psixoloji və sosial amillərin qarşılıqlı təsiri nəticəsində formalaşan xroniki xəstəlik olduğu əsaslandırılır. Məqalə qlobal narkotik bazarında baş verən dəyişiklikləri, xüsusilə sintetik və yeni psixoaktiv maddələrin yayılmasını, eləcə də rəqəmsal texnologiyaların narkotik dövriyyəsinə təsirini təhlil edir. Beynəlxalq təşkilatların yanaşmaları və narkomaniya ilə mübarizədə profilaktika, müalicə, reabilitasiya və sosial reinteqrasiyanı birləşdirən kompleks strategiyanın əhəmiyyəti izah olunur. Eyni zamanda Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasəti və narkomaniya ilə mübarizənin daha effektiv olması üçün elmi-strateji təkliflər təqdim edilir.