sa sa 1598
Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu Journal of Biomolecular Structure and Dynamics jurnalında nəşr olunub Mart 14, 2026 | 00:00 / Nəşrlər

AR ETN Molekulyar Biologiya İnstitutunun Biomolekulların Strukturu, Dinamikası və Funksiyası laboratoriyasının tədqiqat işi Q1 (1-ci kvartil) kateqoriyalı Journal of Biomolecular Structure and Dynamics jurnalında dərc olunub. Tədqiqat işini laboratoriyanın müdiri professor Oktay Qasımovun rəhbərliyi altında laboratoriyanın gənc alimləri Aytac Məmmədova və Mətanət Baxışova aparıblar. Məqalə “İnsan serum albumininin və onun nanohissəciklərinin bağlanma sahələrinin xəritələnməsi: I. Bağlanma sahələrinin hidrofobluq profili” adlanır və İnsan Zərdab Albumininin (İZA) və xərçəng əleyhinə dərman daşıyıcı olaraq geniş istifadə olunan İZA nanohissəciklərinin liqand bağlanma sahələrinin xüsusiyyətlərini təqdim edir. Ümumilikdə, nəticələr İZA-da çoxsaylı liqand bağlanmasını və onların müxtəlif sahələr arasında allosterik “population-shift” mexanizmi ilə yer dəyişməsini izah edən yeni konseptual çərçivə təqdim edir.