sa sa 2287
Biologiya və tibb elmləri bölməsinin növbəti iclası keçirilib + Foto Noy 20, 2017 | 09:16 / Mühüm hadisələr

Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və büro üzvləri, BTEB-in elmi müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq bölmənin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanovu 70 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə bölmə üzvləri və institutların kollektivləri adından təbrik edib.

Daha sonra akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Bölmə rəhbəri AMEA-nın müxbir üzvü,  İbrahim Əzizovun Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Fəxri fərmanına layiq görüldüyünü bildirmişdir.