sa sa 1452
Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu “Photosynthetica” jurnalda dərc olunub Mart 16, 2026 | 18:00 / Nəşrlər

AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları Mehriban Şabanova, akademik İradə Hüseynova və REA-nın müxbir üzvü Süleyman Alahverdiyevin həmmüəllif olduqları məqalə fotosintez sahəsində nüfuzlu beynəlxalq elmi jurnal olan “Photosynthetica” jurnalında dərc olunub. “Mis ionlarının karbonik anhidraza ilə qarşılıqlı təsirinin tədqiqiı: flüoressensiya sönməsi və termodinamik proseslərin təhlilinin nəticələri" adlı məqalədə metal ionlarının zülallarla qarşılıqlı təsir mexanizmlərinin öyrənilməsi nəticəsində alınan nəticələr təqdim olunub. Fermentlərin struktur-funksional xüsusiyyətlərinin daha dərindən anlaşılması baxımından bu tədqiqat işi mühüm elmi əhəmiyyət kəsb edir.