sa sa 1703
Molekulyar Biologiya İnstitutunda təlimlər keçirilib + Foto Mart 17, 2026 | 13:00 / Tədbirlər

Martın 11–14-də “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və AR ETN Molekulyar Biologiya İnstitutu PHŞ-nin ev sahibliyi ilə təlimlər keçirilib. Təlimlərin əsas məqsədi bu sahə üzrə təhsil alan gənc mütəxəssislərin bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi olub. Proqram çərçivəsində iştirakçılar müasir molekulyar biologiya və biotexnologiya sahələrində tətbiq olunan innovativ tədqiqat üsulları ilə tanış olub, laboratoriyalarda istifadə edilən cihaz və avadanlıqların iş prinsiplərini öyrəniblər. Onlara müxtəlif texnoloji vasitələrin tədqiqat prosesində rolu və əldə olunan nəticələrə təsiri barədə ətraflı məlumat verilib. Təlimlər zamanı tələbələr həmçinin elmi tədqiqatların planlaşdırılması, müasir metodların tətbiqi və onların praktik istifadəsi ilə bağlı biliklərini genişləndiriblər. Nəzəri məlumatlarla yanaşı, praktiki bacarıqların inkişafına da xüsusi diqqət yetirilib. Sonda təşkil olunan interaktiv sual-cavab sessiyasında iştirakçılar təlimçilərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab alıblar. Bu müzakirələr gənclərin elmi araşdırmalara marağını daha da artırıb. Qeyd edək ki, bu cür təşəbbüslər gənc tədqiqatçıların peşəkar inkişafına töhfə verməklə yanaşı, onların gələcək elmi fəaliyyətinə mühüm stimul yaradır.