sa sa 202
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür Mart 31, 2026 | 11:00 / Mühüm hadisələr

31 mart Azərbaycan tarixində xalqımıza qarşı törədilmiş ən ağır faciələrdən birinin anım günü kimi qeyd olunur. Bu gün 1918-ci il mart soyqırımı zamanı həyatını itirmiş minlərlə günahsız azərbaycanlının xatirəsi ehtiramla yad edilir. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qətliamlar törədilmiş, dinc əhali amansızcasına məhv edilmişdir. Tarixi mənbələr bu hadisələr zamanı on minlərlə insanın qətlə yetirildiyini, yaşayış məntəqələrinin dağıdıldığını və mədəni irsin ciddi zərər gördüyünü təsdiq edir. Bu faciələrin siyasi-hüquqi qiymət alması istiqamətində mühüm addım Heydər Əliyev tərəfindən atılmışdır. Onun 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və bu hadisələrə dövlət səviyyəsində qiymət verilmişdir. Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edir, onların əziz xatirəsini ehtiramla anır. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və belə faciələrin bir daha təkrarlanmaması hər birimizin üzərinə düşən mühüm vəzifədir.