sa sa 35
Molekulyar Biologiya İnstitutunda WUF-13-ə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib + Foto Apr 23, 2026 | 11:22 / Tədbirlər

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Molekulyar Biologiya İnstitutunda “Sağlam şəhər – sağlam insan: ekoloji və bioloji yanaşma” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi katibi, b.ü.f.d., dosent Durna Əliyeva qeyd edib ki, müasir şəhərləşmə prosesləri insanların sağlamlığına birbaşa təsir göstərir və bu baxımdan ekoloji və bioloji amillərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. O, sağlam şəhər mühitinin formalaşdırılmasının yalnız urbanistik yanaşmalarla deyil, eyni zamanda elmi-bioloji tədqiqatların nəticələrinə əsaslanmalı olduğunu vurğulayıb. Tədbirdə b.ü.f.d. Vəfa Həsənova, b.ü.f.d., dosent Mayaxanım Xanışova, elmi işçi Mətanət Baxışova və kiçik elmi işçi Vüsalə Cəfərova mövzu ilə bağlı çıxış edərək şəhər mühitində ekoloji tarazlığın qorunması, ətraf mühit amillərinin insan sağlamlığına təsiri, bioloji müxtəlifliyin rolu və davamlı inkişaf prinsipləri barədə məlumat veriblər. Çıxışlarda urbanizasiya proseslərinin yaratdığı çağırışlar və bu sahədə elmi yanaşmaların tətbiqi imkanları müzakirə olunub. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və gələcəkdə bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.