Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova Serbiya Respublikasının Çaçak şəhərində elmi ezamiyyətdə olub + Foto
Apr 27, 2026 | 21:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova 21-23 aprel 2026-cı il tarixlərində Serbiyanın Çaçak şəhərində Kraguyevac Universitetinin Aqronomluq fakültəsində Elm və Texnologiya sahəsində Avropa Əməkdaşlığı (European Cooperation in Science & Technology - COST) Assosiasiyasının EU-NESA qrant layihəsi çərçivəsində təşkil olunan beynəlxalq elmi konfransda iştirak edib.
Konfransda o, “Aqrar-qida sistemlərində bitki stresi və qocalma tədqiqatlarına sübutların sintezi yanaşmaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bitki stres faktorları, qocalma prosesləri, məhsuldarlığın qorunması və elmi nəticələrin sistemli qiymətləndirilməsi üçün müasir “evidence synthesis” və meta-analiz yanaşmaları təqdim olunub.
Tədbir Radmila İliç (Kraguyevac Universiteti), Marko Mançiç (Niş Universiteti) və Nikola Randall (Harper Adams Universiteti) tərəfindən koordinasiya olunub.
Konfrans çərçivəsində əldə olunan nəticələr iqlimədavamlı, siyasətyönümlü aqrar-qida sistemləri üzrə sübutların sistemləşdirilməsi və elmi əsaslı qərarvermənin dəstəklənməsi baxımından əhəmiyyətli olub.
Səfərin sonunda iştirakçılar Podrum Jelya müəssisəsinə təşkil olunmuş sahə ziyarətində iştirak edərək regionun aqrar istehsal və emal təcrübələri ilə tanış olub.