sa sa 40
Molekulyar Biologiya İnstitutunda “28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş tədbir keçirilib + Foto Apr 28, 2026 | 12:25 / Tədbirlər

28 Aprel 2026-cı il tarixində AR ETN-nin Molekulyar Biologiya İnstitutu PHŞ-də ilk Həmkarlar Təşkilatının “28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş ümumi yığıncağı keçirilib. İnstitutun Həmkarlar Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru dosent Səadət Xudaverdiyeva çıxışında bildirib ki, Ümumdünya Əməyin Mühafizəsi Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub. BMT-nin ixtisaslaşmış qurumu olan BƏT-in əsas missiyası beynəlxalq əmək standartlarını müəyyən etməklə sosial və iqtisadi ədalətin təmin olunmasına töhfə verməkdir. BƏT-in müəyyən etdiyi standartlar bütün dünyada azadlıq, bərabərlik, təhlükəsizlik və layiqli şəraitdə əlçatan, məhsuldar və davamlı məşğulluğun təmininə yönəlib. Bu standartlar öz əksini 189 konvensiya və beynəlxalq sənəddə tapmışdır ki, onlardan 8-i 1998-ci il “Əmək sahəsində əsas prinsiplər və hüquqlar haqqında” Deklarasiyaya əsasən fundamental hesab olunur. Sözügedən sənədlər əmək münasibətlərinin tənzimlənməsini, icbari və uşaq əməyinin, eləcə də məşğulluq sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasını hədəfləyir. S.Xudaverdiyeva 2003-cü ildən etibarən Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində hər il müəyyən edilən mövzular barədə də ətraflı məlumat verib. Bildirilib ki, 2026-cı il üçün BƏT tərəfindən “Sağlam psixososial iş mühitini təmin edək” mövzusu elan olunub. Yığıncaqda həmçinin biologiya elmləri doktorları Yaşar Feyziyev və Həsən Babayev, biologiya üzrə fəlsəfə doktorları, dosent Ələmdar Məmmədov və dosent Mürsəl Dadaşov, baş mütəxəssis Elçin Abdullayev çıxış ediblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.