sa sa 1029
Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Günay İsmayılova İsveçrənin Sürix şəhərində ezamiyyətdə olub + Foto Apr 28, 2026 | 14:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya İnstitutunun Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Günay İsmayılova 22-24 aprel 2026-cı il tarixlərində İsveçrənin Sürix şəhərində yerləşən İsveçrə Federal Texnologiya İnstitutunda (Swiss Federal Institute of Technology Zurich) Elm və Texnologiya sahəsində Avropa Əməkdaşlığı (European Cooperation in Science and Technology - COST) Assosiasiyasının COPYTREE (CA21157) qrant layihəsi çərçivəsində təşkil olunmuş “Protoplast Biotexnologiyası” mövzusunda beynəlxalq təlim məktəbində iştirak edib.

Təlim proqramı çərçivəsində protoplastların izolyasiyası, kultivasiyası və regenerasiya sistemləri, həmçinin somatik hibridləşmə, CRISPR/genom redaktəsi və bioinformatik analizlər üzrə nəzəri biliklər əldə edilib. Praktiki məşğələlər zamanı protoplastların hazırlanması, transformasiyası və mikrokallusların formalaşdırılması kimi biotexnoloji proseslər laboratoriya şəraitində tətbiq olunub. Proqram müddətində müxtəlif ölkələrdən olan gənc tədqiqatçılarla fikir mübadiləsi aparılıb, yeni elmi əməkdaşlıq perspektivləri müzakirə edilib.