Biotexnologiya və biomühəndislik laboratoriyasının əməkdaşları Zaqatala rayonunda ezamiyyətdə olublar + Foto
Apr 30, 2026 | 14:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun Biotexnologiya və biomühəndislik laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Məmmədova, həmin laboratoriyanın elmi işçisi Aygün Sadiqova və kiçik elmi işçi Vüsalə Cəfərova, 28.04.2026-29.04.2026 tarixlərində Zaqatala rayonunda ezamiyyətdə olublar. Ezamiyyət zamanı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsindən əkin materialı əldə olunub. Plan üzrə nəzərdə tutulan elmi-tədqiqat işləri laboratoriya şəraitində davam etdiriləcək.